Havalandırma və təhlükəsizlik sistemləri sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirdə Agentliyin iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə məlumat verib. Qeyd olunub ki, müasir dövrdə havalandırma və təhlükəsizlik sistemləri sektorunda çalışan şirkətlər təchizat zəncirində əhəmiyyətli rol oynayır. Bu sahədə fəaliyyət göstərən şirkətlər də KOBİA-nın müxtəlif dəstək və xidmətlərindən istifadə edirlər.
Tədbirdə havalandırma və təhlükəsizlik sistemləri sahəsində işləyən şirkətlərin ehtiyaclarına və bu sahədə dövlət dəstəyi tədbirlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını artım və beynəlxalq nailiyyətlərlə başa vurub
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib