Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanda baş verən terror aktını pisləyib.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlik öz "Twitter" səhifəsində yazıb.
“Biz Bajaurda siyasi konqresdə törədilən terror aktını şiddətlə qınayırıq. Biz 40 nəfərin ölümü, yüzdən çox insanın yaralanması ilə nəticələnən bu terror aktına qarşı qardaş Pakistanın yanındayıq.
Hökumətə, həlak olanlara və onların ailələrinə başsağlığı veririk” – bəyanatda deyilir.
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib