Ödəniş hesablarının açılması və aparılması, habelə kredit kartlarının emissiyası qaydası müəyyənləşəcək.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul tarixli 940-VIQD nömrəli Qanununun tətbiqi haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, Mərkəzi Banka ödəniş hesablarının açılması və aparılması, habelə kredit kartlarının emissiyası qaydasını altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tövsiyə olunub.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib