“Mərakeş Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir, onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edir və bu mövqeyini beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində nümayiş etdirir”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Mərakeşin dövlət bayramı - Kral VI Məhəmmədin taxta çıxmasının ildönümü münasibətilə Bakıda keçirilən tədbirdə deyib.
“Artıq həll olunmuş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Mərakeşin mövqeyi, o cümlədən 44 günlük Vətən müharibəsi dövründə Mərakeşin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində göstərdiyi dəstək və tutduğu ədalətli mövqe xalqımız və hökumətimiz tərəfindən yüksək qiymətləndirilir”, - nazir müavini bildirib.
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib