Mərkəzi Bank valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün girov vəsaitinin məbləğini müəyyənləşdirəcək.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Valyuta tənzimi haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, Mərkəzi Banka tövsiyə edilib ki, aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
-valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən aparılan valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini;
-məlumatın formasını;
-valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün girov vəsaitinin məbləğini;
-valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxsin nizamnamə (şərikli) kapitalının minimum miqdarını, habelə mübadilə fəaliyyətinə lisenziya almış şəxsin bu fəaliyyəti həyata keçirdiyi hər ikinci və növbəti obyekt üçün nizamnamə (şərikli) kapitalının artırılmalı hissəsinin miqdarını.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub