Bu il avqustun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları ötən aya nisbətən 0,5% artaraq 9 milyard 244 milyon ABŞ dollarına çatıb.
“İki sahil” xəbər verir ki, Mərkəzi Bankın valyuta ehtiyatları son 1 ildə isə 24,8% və ya 1 milyard 836,8 milyon dollar artıb.
Belə ki, 2022-ci ilin eyni dövründə AMB-nin valyuta ehtiyatları 7 milyard 407.2 milyon dollar təşkil edib. İlin əvvəli ilə müqayisədə isə AMB-nin ehtiyatları 2,8% artıb.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub