İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların Şuşaya səfərini təşkil edib, Şuşanın investisiya imkanları onlara təqdim edilib.
“İki sahil” KOBİA-ya istinadla xəbər verir ki, səfərdə iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən 40-dan çox iş adamı iştirak edib.
Sahibkarların Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin rəhbərliyi ilə görüşündə idarənin icraçı direktoru Tural Novruzov Şuşada həyata keçirilən bərpa-quruculuq işləri, icrasına başlanılan və planlaşdırılan layihələr, dövlət və özəl sektorun bu sahədə rolu, sahibkarlar üçün investisiya imkanları, KOBİA-nın departament müdiri Elnur Əliyev isə bölgədə biznesə başlamaq istəyən iş adamları üçün müraciət prosedurları barədə məlumat verib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub