"AS İstehsal" MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib və bununla da, Parkın rezidentlərinin sayı 19-a çatıb.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında bildirib.
"Şirkət Parkın ərazisində investisiya dəyəri 5,4 milyon manat olacaq inşaat materialları istehsalı kompleksi yaradacaq və 95 nəfəri işlə təmin edəcək", - deyə o qeyd edib.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub