“Azərbaycanla uzunmüddətli, sabit və davamlı sülhün yaranması üçün imkan var”.
“İki sahil” xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
O, sülhlə bağlı razılaşmalara sadiq olduğunu deyib:
“Mən Ermənistanın Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülhün bərqərar olmasına dair razılığa sadiqliyini vurğulamaq istəyirəm”.
Qeyd edək ki, N.Paşinyan daha əvvəl bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağın Azərbaycanın ərazisi olduğunu bildirib.
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib