Rəsmi Bakı bir daha Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə humanitar yardımların çatdırılması üçün Ağdam-Xankəndi yolunun açıq olduğunu bəyan edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Cüeyhun Bayramov avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşdə danışıb.
Nazir Ermənistanın Laçın yolunda və sərhəd-buraxılış məntəqəsinə qarşı təxribatlarını nəzərə alaraq, Azərbaycanın erməni sakinlərə yardım üçün Ağdam-Xankəndi yolundan istifadə təklifinin qüvvədə qaldığı bir daha xatırlanıb.
Həmçinin, Azərbaycan tərəfinin erməni sakinlərin reinteqrasiyası səylərinə Ermənistanın müdaxiləsinin qəbuledilməz olduğu bildirilib.
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib