"Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyinin rəhbərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Gəncə Peşə Hazırlığı Mərkəzinin nümayəndələri ilə birgə ölkənin Qərb bölgəsində fəaliyyət göstərən beynəlxalq avtomobil daşıyıcıları ilə görüş keçirib.
“İki sahil” Assosiasiyaya istinadən xəbər verir ki, görüşdə 20-dən artıq şirkətin nümayəndəsi və sürücü iştirak edib.
Məqsəd avtodaşıyıcıların problemlərini dinləmək, onları yeni qəbul olunmuş normativ-hüquqi sənədlər barədə maarifləndirmək, sürücülərin peşə hazırlığı sahəsində görülən işlər, yeni iş yerlərinin açılması istiqamətləri və digər aktual məsələləri müzakirə etmək olub.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub