İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 37-yə çatıb.
“İki sahil” xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov özünün tviter hesabında bildirib.
Onun sözlərinə görə, "Azpal" QSC-yə də Parkın rezidenti statusu verilib.
"Şirkət Parkın ərazisində investisiya dəyəri 58,9 milyon manar olan texniki (metallurji) silisium istehsalı müəssisəsi yaradacaq və 160 nəfər işlə təmin edəcək", - deyə nazir qeyd edib.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub