Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı bölgədəki ermənilərin Azərbaycan-Ermənistan sərhədinə (Həkəri körpüsünə) doğru “aksiyası”nı müşayiət etməkdən imtina edib.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Sülhməramlıların komandanlığı bildirib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq, Rusiya sülhməramlı kontingentinin avtoyürüş karvanlarında avtomobillərin müşayiət olunması, eləcə də müxtəlif aksiyaların və mitinqlərin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulmur.
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib