Azərbaycan Dövlət Turizm Agentliyi noyabrın 15-17-də Özbəkistanın Daşkənd şəhərində və Çinin Pekin şəhərində, noyabrın 20-22-də isə Qətərin Doha şəhərində keçiriləcək beynəlxalq turizm sərgilərində iştirak edəcək.
“İki sahil” Agentliyə istinadən xəbər verir ki, artıq sərgilərdə iştirakla bağlı hazırlıq işlərinə başlanılıb.
Qeyd edək ki, sərgilərdə müxtəlif ölkələrdən təchizatçılar, turoperatorları, mehmanxanaçılar və səyahət agentləri də daxil olmaqla sektorun aparıcı üzvləri ilə tanış olub, əməkdaşlıq etmək imkanı olacaq. Bundan başqa, seminarlar və panellər vasitəsilə turizm sənayesindəki ən son tendensiyalar, innovasiyalar və inkişaf meylləri ilə bağlı geniş məlumat əldə edə biləcəksiniz. Turizm sektorundakı mühüm problemlərlə bağlı müzakirələr və forumlar təşkil olunacaq.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub