Cari ilin yanvar-iyul ayları ərzində 9 min 133 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 87,6 faizi yerli investisiyalı, 12,4 faizi isə xarici investisiyalıdır.
“İki sahil” Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, qeydiyyatdan keçmiş kommersiya qurumlarının 82,1 faizi elektron qaydada qeydə alınıb.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 94,4 faiz təşkil edib. 2023-cü ilin 7 ayında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1 262 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub