"Avropanın 35 ölkəsindən 276 gənc liderin iştirakı ilə Bakıda baş tutan Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının açılışında iştirak etməkdən şadam!".
“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko tviterdə yazıb.
O bildirib ki, tədbir Avropa dəyərlərini təbliğ edən gəncləri bir araya gətirən “Təhsil hamı üçün” mövzusuna həsr olunub.
Qeyd edək ki, dünən Bakıda Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyasının açılış mərasimi olub.
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib