“Azərbaycan Cənubi Qafqazda Özbəkistanın əsas tərəfdaşıdır”.
“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini Şerzod Fayziyev Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda keçirilən Dəyirmi masada deyib.
“Özbəkistan və Azərbaycan ticarət-iqtisadi və nəqliyyat layihələrində sıx əməkdaşlıq edir. Əməkdaşlığımız bundan sonra yalnız daha da güclənəcək”, - o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən imzalanmış Strateji Tərəfdaşlığın Dərinləşdirilməsi Bəyannaməsi iki ölkə arasında münasibətləri yeni səviyyəyə çıxarıb və onları daha da möhkəmləndirib.
Ş.Fayziyev Azərbaycanın sürətlə inkişaf etdiyini, beynəlxalq nüfuzunun artdığını və bunda Azərbaycan Prezidenti İlham Əliyevin əsas rol oynadığını bildirib.
Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini əlavə edib ki, Özbəkistan böyük investisiya potensialına malikdir və investorlar üçün cəlbedicidir: “Özbəkistan yaxın gələcəkdə iqtisadiyyatına təxminən 170 milyard dollar investisiya cəlb edə bilər”.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub