Özbəkistanın Türk Dövlətləri Təşkilatının (TDT) tamhüquqlu üzvü olması Azərbaycanla əlaqələri daha da möhkəmləndirdi.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev “Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda təşkil olunan dəyirmi masada çıxışı zamanı deyib.
Diplomatın sözlərinə görə, hazırda TDT türk ölkələri arasında əlaqələndirici rol oynayır və türk dünyasının mühüm məsələlərini həllində iştirak edir.
Quliyev vurğulayıb ki, ölkələrimiz arasında əlaqələr dinamik və hərtərəfli formada inkişaf edir.
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib