Özbəkistan Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) boyu aşırma gücünü 1,5 milyon tona çatdırmaqda maraqlıdır.
“İki sahil” xəbər verir ki, bunu Özbəkistanın Nəqliyyat Nazirliyi yanında Nəqliyyatın və Logistikanın İnkişafının Öyrənilməsi Mərkəzinin direktoru Beqzod Xolmatov Bakıda keçirilən “Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” adlı Dəyirmi masada deyib.
Onun sözlərinə görə, Azərbaycanla Özbəkistan arasında daşınan yüklərin həcmi dinamik şəkildə artır: “Bu prosesdə Orta Dəhliz mühüm rol oynayır”.
B.Xolmatov Azərbaycan və Özbəkistanın gəmiqayırma sahəsində əməkdaşlıq edə biləcəyini də qeyd edib.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub