Bu ilin yanvar-iyul aylarında Naxçıvan MR-da məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 86,6 milyon manat təşkil edib.
“İki sahil” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 % çoxdur.
7 aylıq daxilolmalarının 24,5 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 17,2 % çoxdur.
Hesabat dövründə muxtar respublikada işsizlikdən sığorta haqları üzrə daxilolmalar 17,9 % artaraq 2,3 milyon manat, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 8,3 % artaraq 14 milyon manat olub.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub