Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin (MDB İK) rəsmi veb-saytında Özbəkistanın aparıcı beyin mərkəzləri nümayəndələrinin Azərbaycana gerçəkləşdirdikləri səfər çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) keçirdikləri görüş barədə məlumat yerləşdirilib.
“İki sahil” xəbər verir ki, “Özbəkistanın və Azərbaycanın aparıcı analitik mərkəzlərinin ekspertləri sıx əməkdaşlıq haqqında razılığa gəliblər” sərlövhəli yazıda İİTKM-in icraçı direktoru Vüsal Qasımlı ilə keçirilmiş görüşdə Özbəkistan və Azərbaycan arasında iqtisadi-ticari, investisiya, nəqliyyat və logistika sahələrində əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirə olunduğu qeyd edilib. Həmçinin Mərkəzi Asiya regionunda baş verən dəyişikliklər və regionlar arasında qarşılıqlı fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb. “Vüsal Qasımlı Özbəkistanın öz vətəndaşların rifahının yaxşılaşdırılmasına, insan kapitalının inkişafına, iqtisadiyyatın ayrı-ayrı sektorlarının transformasiyası və liberallaşdırılmasına, rəqəmsallaşmaya, innovativ texnologiyaların tətbiqinə yönəlmiş yeni Strategiyasını yüksək qiymətləndirib”,- deyə yazıda qeyd olunub.
Qeyd edək ki, Özbəkistanın beyin mərkəzlərinin nümayəndələri Azərbaycana gerçəkləşdirdikləri səfər çərçivəsində avqustun 7-də İİTKM-də də olublar, burada qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub