“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Süleyman Vəzirov” borudüzən gəmisi Xəzər dənizinin Türkmənistan sektorunda yerləşən “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərini yekunlaşdırıb.
“İki sahil” ASCO-ya istinadən xəbər verir ki, gəmi ilə “Lam-B” platformasından “Lam-C” platformasına və "Lam-B" platformasından "Lam-28" platformasına qədər 4 düyümlük qaz boru xətti çəkilib.
Ümumilikdə 5 kilometr uzunluğu olan xəttin çəkilişi üzrə işlərə cari ilin martında başlanılmışdı.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub