Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-2024-cü illər üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yüksəldib.
“İki sahil” OPEC-in aylıq hesabatına istinadən xəbər verir ki, cari il OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 67,27 mln. barel olacağı ehtimal olunur, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 0,12 mln. barel çoxdur. Belə ki, hasilatın artım tempi 1,51 mln. barel (öncəki proqnoz göxtüricisindən 0,1 mln. barel çoxdur) səviyyəsində olacaq.
Proqnoza əsasən, 2024-cü ildə OPEC-ə daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 68,66 mln. barel olacaq, bu da 2023-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 0,12 mln. barel artım deməkdir. Gələn il üçün artım tempi üzrə göstəricisini isə OPEC 1,39 mln. barel (proqnoz dəyişməyib) həcmində olacağını proqnozlaşdırır.
Hesabatda bildirilir ki, 2022-ci ildə sözügedən göstərici 65,76 mln. barel həcmində olub.
Xatırladaq ki, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,65 mln. barel səviyyəsində olub, 2020-ci ildə isə bu göstərici 62,97 mln. barel təşkil edib.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub