Bu ilin sonuna qədər Azərbaycanda əlavə daha 50 kənd və massivin qazlaşdırılmasına başlanılması nəzərdə tutulub.
“İki sahil”in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəhbəri Teymur Cəfərov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar-iyul aylarında ölkədə artıq 90-a yaxın yaşayış məntəqəsi və yeni yaşayış massivində paylayıcı küçə xətlərinin və daşıyıcı qaz xətlərinin çəkilməsi işləri davam etdirilib.
T.Cəfərov qeyd edib ki, hazırda ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,3 % təşkil edir: “Bu, kifayət qədər yüksək göstəricidir. Amma buna baxmayaraq növbəti illərdə də qazlaşdırılma işləri davam etdiriləcək.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb