2023-cü ilin iyun ayının 1-i vəziyyətinə Bakı şəhəri üzrə muzdla çalışan işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 24 min 730 nəfər artaraq 905 min 467 nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 407 min 672 nəfər, qeyri-dövlət sektorunda isə 497 min 795 nəfər təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən “İki sahil”ə bildirilib ki, cari ilin yanvar-may aylarının ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 10,1 faiz artaraq 1174,5 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1095,4 manat, özəl müəssisələrdə isə 1241,1 manat təşkil edib. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elm və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı şəhər üzrə orta göstəricidən yüksək olub.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb