Bu ilin I yarısında Azərbaycanın valyuta bazarında 15,2 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.
“İki sahil” Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 11,6 % azdır.
Yarım illik əməliyyatların 13,4 milyard ABŞ dolları nağdsız, 1,8 milyard ABŞ dolları isə nağd valyuta bazarında baş tutub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 8,2 % və 30,8 % azdır.
Nağdsız valyuta əməliyyatlarının 79,5 %-i ABŞ dollarında, 20,5 %-i digər valyutalarda, nağd valyuta əməliyyatlarının isə 84 %-i ABŞ dollarında, 16 %-i digər valyutalarda aparılıb.
Son illər ərzində ilk dəfə 6 ay ərzində bankların xarici valyuta alışı satışını üstələyib.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb