İyulun 16-da Rusiyanın müqavilədən çıxması ilə Qara Dəniz "Taxıl sazişi"nin fəaliyyətinin dayandırılmasından bəri ilk gəmi Odessa limanını tərk edib.
“İki sahil” xəbər verir ki, bunu Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov "Twitter" hesabında bildirib.
"Joseph Schulte (Honq-Konq bayrağı altında üzən) konteyner gəmisi Ukraynanın Qara dənizdəki limanlarına mülki gəmilərin gəlməsi üçün yaradılmış dəhlizlə hərəkət edir. Bu nəqliyyat dəhlizi ilk növbədə Rusiyanın tam miqyaslı işğalı zamanı Ukrayna limanlarında olan gəmilərin evakuasiyası üçün istifadə olunacaq" - ukraynalı nazir qeyd edib.
Onun sözlərinə görə ötən ilin fevralından Odessa limanında olan konteyner gəmisi 30 min tondan çox yük daşıyır.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb