Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 431 min ev təsərrüfatının genişzolaqlı internetə çıxışı təmin edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC məlumat verib.
"Yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır. Layihə müddətində köhnə mis magistral kabel infrastrukturunun optik kabellərlə əvəzlənməsi və optik paylayıcı şəbəkənin qurulması həyata keçirilir", - məlumatda deyilir.
Hazırda ümumilikdə 1,25 milyondan çox ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Bu, ölkədə mövcud ev təsərrüfatlarının 47 %-ni təşkil edir və cari ilin sonuna kimi 55 %-ə çatdırılması hədəflənib.
“Aztelekom”dan bildirilib ki, Azərbaycanda gələn ilin sonunadək bütün ev təsərrüfatlarının GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) və digər texnologiyalar vasitəsilə minimum sürəti 25 Mbit/s olan genişzolaqlı internetlə təmin ediləcək.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb