Xarici dövlətlərin səlahiyyətli orqanının nümayəndəsinə Azərbaycanda və ya Azərbaycan nümayəndələriə isə həmin ölkədə fəaliyyət göstərən vergi ödəyicisində keçirilən səyyar vergi yoxlamalarında iştirak etmək hüququ verilib.
“İki sahil” xəbər verir ki, bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirliyin Kollegiyasının “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 7 sentyabr 2016-cı il tarixli qərarında dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
Dəyişikliyə görə, Azərbaycanın vergi orqanının rəhbəri (müavini) xarici dövlətlərin səlahiyyətli orqanının nümayəndəsi səyyar vergi yoxlamalarında iştirak etməsi üçün qərar qəbul etməli, onların iştirakının əsasları göstərilməli, həmçinin xarici ölkənin orqanının və nümayəndələrinin adları göstərilməlidir.
Bundan başqa,qərara əlavə edilmiş yeni bəndə əsasən, səyyar vergi yoxlamasını keçirən yoxlayıcılara əmtəəsiz və riskli əməliyyatlar aparması aşkar edilən şəxsə riskli vergi ödəyicisi olması barədə qərar çıxarılması üçün tədbirlər görmək hüququ verilir.
Həmçinin mədən vergisinin yoxlanılması zamanı yerin təkindən çıxarılmış faydalı qazıntılar barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə təqdim edilmiş hesabatların mədən vergisi bəyannamələri ilə uyğunluğu yoxlanılacaq.
Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb