Biləsuvar rayonunda ilk dəfə şoran və şorakət torpaqlarda susuzluğa davamlı bitkilərin becərilməsinə başlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nurəddin Quliyev məlumat verib.
Onun sözlərinə görə, həmin bitkilər Mərkəzin təşəbbüsü, Rayon İcra Hakimiyyətinin və nazirliyin Əkinçilik Elmi Tədqiqat İnstitutunun dəstəyi ilə əkilib.
"Bunlar, kinoya və amarant bitkiləridir. Bu bitkilər şoran və şorakət torpaqlarda duzluluğu götürür, həmçinin quraqlığa davamlıdır", - deyə direktor qeyd edib.
N.Quliyevin sözlərinə görə, dünyada artan ərzaq tələbatını ödəmək, eləcə də heyvandarlığı keyfiyyətli yemlə təmin etmək üçün bu bitkilərdən geniş istifadə olunur: "Bu bitkilərin əkilməsi ilə onların rayonun abiotik amillərinə adaptasiyası ətraflı öyrəniləcək, əkinlərin genişləndirilməsi üçün fermerlərə faydalı məsləhətlər veriləcək. Hələlik onlar sınaq məqsədilə 1 hektar sahədə əkilib və bu yaxınlarda məhsul biçini aparılacaq".
Xatırladaq ki, kinoya və amarantın vətəni Cənubi Amerikadır.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb