Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Tovuz rayonu ərazisindəki “Nazlı bulaq”, Göygöl rayonu ərazisindəki “Göygöl” istirahət mərkəzlərindən ətrafa tullantıların atıldığı və çirkab axıdıldığı, Ağcabədi şəhərində fəaliyyət göstərən “Ucuzluq" marketdə formalaşan tullantıların isə yandırıldığı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov "İki sahil"ə bildirib ki, faktlarla bağlı “Nazlı bulaq” istirahət mərkəzinin icarədarı Akif Məhərrəmov, “Göygöl” istirahət mərkəzinin sahibi Məmməd Süleymanov və “Ucuzluq" marketin nümayəndəsi Təbriz İsmayılov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
“Gələcəkdə belə hallara yol verilməməsi üçün hər üç obyektin sahibinə məcburi göstəriş verilib”, - o deyib.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb