2023-cü ilin yanvar-iyul aylarında Azərbaycandan Qazaxıstana 66 milyon 472 min dollar dəyərində qeyri-neft məhsulu ixrac edilib.
"İki sahil”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə və ya 34.2 milyon dollar çoxdur.
2022-ci ilin ilk 7 ayında Azərbaycandan Qazaxıstana 32.2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanla Qazaxıstan arasında olan ticarət dövriyyəsi illik müqayisədə 32% və ya 112.1 milyon dollar azalaraq 237.9 milyon dollara bərabər olub. Bu dövrdə Qazaxıstana ümumi ixrac 68.6 milyon dollar, Qazaxıstandan ümumi idxal isə 169.3 milyon dollar təşkil edib.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb