Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan əməliyyatların genişləndirilməsi, maddi-texniki bazanın və potensialın artırılması istiqamətində işlər davam etdirilir.
Bu barədə “İki sahil”ə ANAMA-dan məlumat verilib.
Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən daha 6 baş Malinua cinsli minaaxtaran it (MAİ) Agentliyə təhvil verilib.
Xüsusi hazırlıq keçmiş minaaxtaran itlər Agentliyin Horadiz Regional Mərkəzində müəyyən olunmuş karantin rejimində saxlanıldıqdan sonra, Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) əsasən uyğunluğun qiymətləndirilməsi prosesindən keçirilir. Daha sonra müvafiq şəkildə Qarabağ və Şərqi Zəngəzurda icra olunan minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.
Qeyd edək ki, cari ilin fevral və aprel aylarında Agentliyə təhvil verilən minaaxtaran itlər aidiyyəti mərhələlərdən keçərək, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılması istiqamətində öz töhfələrini verir.
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir
Səbinə Əliyeva: İnternet saytlarında adıçəkilən şəxslərin adından irəli sürülən iddiaların heç bir əsası yoxdur
Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin simvoludur