"Türkiyə bizim qardaşımız, onun gücü bizim gücümüzdür. Hər zaman bir millət, iki dövlətik. Türkiyənin diqqət və qayğısını hər zaman yanımızda hiss edirik. Azərbaycan da həmişə qardaş Türkiyənin yanındadır".
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağdamda türkiyəli jurnalistlərə açıqlamasında deyib.
Laçın yolunda erməni təxribatı barədə danışan H.Hacıyev Bərdə-Ağdam dəmir yolu və avtomobil yolunun tikintisi barədə məlumat verib:
"Orada bir yol yox idi. Onlar yolu da məhv etmişdilər. Sovetlər dövründə bu yol nəqliyyat baxımından ən sərfəli yol kimi istifadə edilirdi. Çünki burada nəqliyyat xərcləri də aşağı idi. Qarabağ erməniləri üçün lazım olan vəsaitin daşınması bu yolla mümkündür. Onlar da bu yoldan istifadə edərək Azərbaycan bazarlarına öz məhsullarını çıxara biləcəklər. Amma onlar bu yoldan istifadə etmək əvəzinə, maneələr yaratmaqla məşğuldurlar. Bundan siyasi təbliğat vasitəsi kimi istifadə edirlər".
H.Hacıyev bildirib ki, hazırda reinteqrasiyadan başqa yol yoxdur:
"Bu, sosial, siyasi və iqtisadi cəhətdən inteqrasiya nöqtəsi sayılır. Təəssüf ki, onlar bundan imtina edərək maneələr yaradırlar. Bu yola paralel olaraq dəmir yolları da keçir. Bunlar əslində Qarabağ ermənilərinin həyat tərzini yaxşılaşdırmaq, problemin siyasi yolla həllinə nail olmaqdır, daha yaxşı imkanlar deməkdir".
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib
Vüqar Rəhimzadə: Türk Dövlətləri Təşkilatı qlobal arenada yeni geosiyasi güc mərkəzinə çevrilir
Səbinə Əliyeva: İnternet saytlarında adıçəkilən şəxslərin adından irəli sürülən iddiaların heç bir əsası yoxdur
Dövlət Suverenliyi Günü Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin simvoludur