“Laçın yolu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) humanitar əməliyyatları üçün açıqdır”.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev "X" sosial şəbəkəsində yazıb.
Niderlandın xarici işlər naziri Vopke Hukstranın paylaşımına cavab olaraq azərbaycanlı diplomat qeyd edib ki, məhz Ermənistan tərəfi Laçın-Xankəndi və Ağdam-Xankəndi yollarından paralel istifadəyə dair razılaşmanı pozan tərəf olub və onların məqsədi beynəlxalq səviyyədə manipulyasiya, dezinformasiya siyasətini davam etdirmək üçün süni gərginlik yaratmağa çalışmaqdır.
Səfir həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasını və Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinin Ermənistan tərəfindən təmin edilməsini nəzərdə tutan üçtərəfli bəyanatın 4-cü və 9-cu maddələrinin müddəalarına Ermənistanın əməl etmədiyi faktlarını da diqqətə çatdırıb.
“Əminəm ki, silahlı təcavüzün qurbanı olan, ərazisi 30 il işğal altında qalan və misli görünməmiş dərəcədə dağıdılan, minalanan Azərbaycanın beynəlxalq hüquq və ədalətin paytaxtı olan Haaqanın balanslaşdırılmış mövqeyinə ümid etmək hüququ var”, - səfir fikrini yekunlaşdırıb.
Yaşar Gülər: Onların yazdığı qəhrəmanlıq dastanları bu günümüzün dayağı, sabahımızın isə yol göstəricisidir
Azərbaycanın təşəbbüsü ilə mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir keçirilib
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
Türk Dövlətləri Təşkilatı: AVRASİYANIN YENİ SİYASİ, İQTİSADİ VƏ STRATEGEJİ GÜC MƏRKƏZİ