I Qarabağ müharibəsi zamanı ölkəmizin təxminən 3 900 itkin düşmüş insanı var.
“İki sahil” xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.
Onun sözlərinə görə, aidiyyəti qurumlar bu məsələ ilə bağlı sıx əməkdaşlıq edilir: "BQXK-dən gözləntilərimiz yüksək idi".
"Ərazilərimizin azad olunması həmin yerlərdə fəaliyyətimizin gücləndirilməsinə imkan verib. Çünki artıq həmin ərazilərdə işlər görürük, kütləvi məzarlıqlar aşkar edirik. Aşkarlanan qalıqlarda erməni hərbçilərin daim əsirlərə işgəncələr verildiyi məlum olur. Ermənistanla bir çox məsələlər, eləcə itkin düşmüş şəxslərlə bağlı daim müzakirələr aparılır. Ümid edirik ki, artıq Ermənistan itkin düşmüş şəxslərin aqibəti barədə bizə məlumat verəcək, həmçinin kütləvi məzarlıqların siyahısını bizə verəcək. 30 il vaxt keçib, görünən odur ki, belə məlumatları paylaşmaqdan qorxurlar. Çünki bilirlər ki, siyahını verəcəkləri təqdirdə Müharibə cinayətləri ilə bağlı komissiya müvafiq tədbirlər görəcək. Bu məsələdə beynəlxalq səviyyəli iş birliyinə ehtiyac var".
Yaşar Gülər: Onların yazdığı qəhrəmanlıq dastanları bu günümüzün dayağı, sabahımızın isə yol göstəricisidir
Azərbaycanın təşəbbüsü ilə mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir keçirilib
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
Türk Dövlətləri Təşkilatı: AVRASİYANIN YENİ SİYASİ, İQTİSADİ VƏ STRATEGEJİ GÜC MƏRKƏZİ