"Bu gün biz atılmış bütün addımların nəticəsini artıq görməyə başlamışıq. Artıq 15 nəfər itkin düşmüş şəxsin taleyinə aydınlıq gətirilməsinə nail olunub. Düzdür, bu, dörd minə yaxın itkinin olmasına rəğmən kiçik rəqəmdir. Ancaq bu, başlanğıcdır. 15 nəfərdən ikisi artıq dəfn edilib. Digərləri isə yaxın zamanlarda ailələrinə təhvil veriləcək".
“İki sahil” xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.
Onun sözlərinə görə, bu şəxslərdən 7 nəfər 1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndində (Abdullayev Nurəli Hacıbaba oğlu, Qurbanov Nofəl Nəriman oğlu, Rüstəmov Araz Bağı oğlu, Hüseynov Gülverdi Ağahüseyn oğlu, Abbasov Məhərrəm Abbas oğlu, Niftəliyev Adil Kamal oğlu, Mikayılov Baba Balakişi oğlu) itkin düşənlərdir.
Habelə, naməlum məzardan ekshumasiya edilmiş meyit qalıqlarının itkin düşmüş İbrahimov Vəlyəddin Səhrab oğluna məxsus olduğu müəyyən edilib.
Taleyinə aydınlıq gətirilmiş digər şəxslər bunlardır: Əzizov Yusif İsmayıl oğlu, Hüseynov Əli Heydər oğlu, Məmmadov Əsəd Məmməd oğlu, Musayev Mehman Camal oğlu, Qarayev Qafar Qəmbər oğlu, Allahverdiyev Şəmsəddin Əvəz oğlu və İsayeva Sənəm Həsən qızıdır.
Şəxsiyyəti müəyyənləşdirilənlərin 4 nəfəri 1993-cü ildə Kəlbəcər rayonunda, 4 nəfəri isə 1993-cü ildə Füzuli rayonunda itkin düşənlərdir. Eyniləşdirilənlərdən 11-i hərbçi, 4-ü mülki şəxslərdir.
Yaşar Gülər: Onların yazdığı qəhrəmanlıq dastanları bu günümüzün dayağı, sabahımızın isə yol göstəricisidir
Azərbaycanın təşəbbüsü ilə mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir keçirilib
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
Türk Dövlətləri Təşkilatı: AVRASİYANIN YENİ SİYASİ, İQTİSADİ VƏ STRATEGEJİ GÜC MƏRKƏZİ