Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan qurumların mütəxəssis heyətinin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar zamanı 9 kütləvi məzarlıq aşkarlanıb və I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən meyit qalıqları götürülüb.
“İki sahil” xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.
Onun sözlərinə görə, ekshumasiya işinin yüksək səviyyədə icrası, koordinasiyalı əməkdaşlığın təmini məqsədilə BQXK ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə I Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarına aid altı yüksək coğrafi dəqiqlikli məzar yerində insan qalıqlarının ekshumasiyasına dair birgə pilot layihə həyata keçirilib.
Yaşar Gülər: Onların yazdığı qəhrəmanlıq dastanları bu günümüzün dayağı, sabahımızın isə yol göstəricisidir
Azərbaycanın təşəbbüsü ilə mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir keçirilib
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
Türk Dövlətləri Təşkilatı: AVRASİYANIN YENİ SİYASİ, İQTİSADİ VƏ STRATEGEJİ GÜC MƏRKƏZİ