"Vətən müharibəsində Ermənistan ordusu geri çəkilərkən özləri ilə aparmadığı və nəticədə köməksiz, ac-susuz, ölüm təhlükəsilə üz-üzə qalmış erməni ahıl şəxslər Azərbaycan hərbçiləri tərəfindən qorunub, onlar döyüş bölgəsindən təcili təxliyə edilib, xəstəxanalara yerləşdirilib və qısa müddətdə qarşı tərəfə qaytarılıblar".
“İki sahil” xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.
Onun sözlərinə görə, Ermənistan hərbçiləri tərəfindən beynəlxalq humanitar hüquq normalarının pozulmasına dair belə bir faktlar da var ki, qarşı tərəf qəfildən hücum edən zaman yataqda olan xəstə, ahıl insanlar evlərini tərk edə bilməyib. Əsir-girovluqdan azad edilmiş şəxslərin ifadələrinə əsasən, onları ermənilər evin içində yandırıb, döyərək ağır işgəncələr verib, ağacdan asıb və ya güllələyiblər.
Yaşar Gülər: Onların yazdığı qəhrəmanlıq dastanları bu günümüzün dayağı, sabahımızın isə yol göstəricisidir
Azərbaycanın təşəbbüsü ilə mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir keçirilib
AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar
Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
Türk Dövlətləri Təşkilatı: AVRASİYANIN YENİ SİYASİ, İQTİSADİ VƏ STRATEGEJİ GÜC MƏRKƏZİ