İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən qurumların nümayəndələri üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən maarifləndirmə təlimləri davam edir.
ANAMA-dan “İki sahil”ə bildirilib ki, növbəti təlim “AzərEnerji” ASC-nin müraciəti əsasında Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən qurumun nümayəndələri üçün partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə mövzusunda təlimçilərin təlimi proqramı keçirilib.
Təlimin başlıca məqsədi iştirak edən nümayəndələrin əldə etdikləri məlumatları işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən müvafiq qurum və müəssisələrin əməkdaşlarına proqram çərçivəsində maarifləndirmə biliklərinin ötürülməsindən ibarətdir.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb