Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı cari ilin iyul ayının sonunda ötən aya nəzərən 306 min ədəd artaraq 15 milyon 346 min ədəd təşkil edib.
"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19.5% artıb.
Qeyd edək ki, ödəniş kartlarında artım debet kartları üzrə 18.7%, kredit kartları üzrə 24.5% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 110 min, kredit kartları 404 min, digər kartlar isə 1.8 milyon ədəd artıb.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb