Neftin faktiki qiymətinin təsdiq edilmiş göstəricidən çox olması neft sektoru üzrə ÜDM-in illik proqnozunun əhəmiyyətli hissəsinin ilk yarımildə təmin olunması və bu sektordan dövlət büdcəsi gəlirlərinin yüksək icrası ilə nəticələnib.
“İki sahil” xəbər verir ki, bu, Hesablama Palatasının “Dövlət büdcəsinin icrası barədə yarımillik məlumata xülasəsi”ndə yer alıb.
Qeyd edilib ki, hesabat dövründə ÜDM 60302,1 mln. manat olub, ÜDM-də qeyri neft-qaz sahələrinin payı 60%-ə yüksəlib. Neftin faktiki qiymətinin büdcə üzrə təsdiq edilmiş qiymətdən çox olması ilin birinci yarısında neft-qaz ÜDM-i üzrə illik proqnozun 71,1%-nin icrası ilə nəticələnib. Bu, dövlət büdcəsinin neft sektoru üzrə vergi gəlirlərinə təsir etmiş, bu gəlirlər 3987,7 mln. manat olmaqla, dövrün proqnozunu 1349,8 mln. manat üstələyib.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb