Norveçin “Equinor” neft şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsində 7,27 % payının satışını araşdırır.
"İki sahil” bu barədə “Bloomberg”ə istinadən xəbər verir.
Alıcıların bu aktivlərə marağını qiymətləndirmək üçün hazırda Norveç şirkəti "Jefferies Financial Group Inc"i. ilə iş aparır.
Bildirilib ki, maraqlı tərəflər arasında ABŞ-ın “ExxonMobil” şirkəti, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Yaponiyanın “Inpex” şirkəti var. Mövcud razılaşmanın şərtlərinə görə, “Equnior” öz payının satışı ilə bağlı ilk olaraq SOCAR-a müraciət etməlidir.
"Equinor" bu aktivlər üçün təklifləri yaxın həftələrdə təqdim olunmasını gözləyir və bu sövdələşmə təxminən 1 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.
Qeyd edək ki, "Equinor" Xəzər dənizində digər kəşfiyyat sahələrində, eləcə də Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəmərində 8,71 % paya da malikdir.
AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb