Füzuli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, 2011-ci il təvəllüdlü Quluzadə Səid Səyyad oğlunun idarə etdiyi avtomobil beton maneəyə çırpılıb.
Qəza zamanı yeniyetmənin bel fəqərə sümüyü sınıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır.