Azərbaycan sentyabrın 20-22-də Rusiyanın Tatarıstan bölgəsinin paytaxtı Kazanda keçiriləcək “Kazan Digital Week” ("Kazan Rəqəmsal Həftəsi") beynəlxalq forumunda iştirak edəcək.
"İki sahil” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, tədbirə Azərbaycanla yanaşı Ermənistan, Belarus, Bolqarıstan, Braziliya, Vyetnam, İndoneziya, İran, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Peru, Makedoniya və Türkiyədən qonaqlar qatılacaq.
Forumla birgə sərgi də təşkil ediləcək. Sərginin ümumi sahəsinin 3,2 min kvadratmetr olması, ərazidə 115 stendin quraşdırılması planlaşdırılır.
Azərbaycan nümayəndə heyəti Çində üzümçülük və şərabçılıq konqresində iştirak edir
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb