“Azərşəkər” MMC ilə İngiltərənin Genus ABS Global şirkəti ölkəmizdə heyvandarlıq təsərrüfatının inkişaf etdirilməsi sahəsində birgə əməkdaşlıq edəcək.
“İki sahil” xəbər verir ki, “Azərşəkər” MMC ilə İngiltərənin Genus ABS Global şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Memorandumun məqsədi ölkəmizdə heyvandarlıq sahəsinin inkişaf etdirilməsi, xüsusilə də rəqabətqabiliyyətli və ixrac potensialına malik südlük və ətlik heyvandarlıq təsərrüfatlarının yaradılmasıdır.
Sənədi Genus ABS Global şirkətinin region üzrə direktoru Mark Smit və “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev imzalayıblar.
Prezident Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Sazişi təsdiqləyib
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb