2023-cü ilin iyul ayı ərzində Azərbaycanda fəaliyyət göstərən banklar 307.5 milyon manat faiz gəliri əldə ediblər.
"iki sahil" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 35.6% və ya 80.7 milyon manat çoxdur.
Qeyd edək ki, hesabat dövründə bankların əməliyyat mənfəətləri 159.1 milyon manat, xalis mənfəətləri isə 92 milyon manat təşkil edib.
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb