Bu il sentyabrın 13-14-də İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin nümayəndələrinin iştirakı ilə Logistika Forumu keçiriləcək.
“İki sahil” xəbər verir ki, tədbirin məqsədi Orta və Cənub dəhlizləri vasitəsilə multimodal nəqliyyat marşrutlarının inkişafına xüsusi diqqət yetirməklə tərəfdaşlıq əlaqələrinin inkişafı və qlobal təchizat zəncirlərinin davamlılığına kömək etməkdir.
İştirakçılar investisiya imkanları və maliyyələşdirmə modelləri də daxil olmaqla infrastrukturun inkişafı, modernləşdirmə və potensialın artırılması strategiyalarını müzakirə edəcəklər.
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb