“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə şirkəti “ADY Express” MMC sentyabrın 14-15-də Türkiyənin İstanbul şəhərində keçiriləcək "Türkiyə - Argus Fertilizers 2023. Xəzər, Qara dəniz və Şərqi Avropa bazarları" beynəlxalq konfransında iştirak edəcək.
"İki sahil” bu barədə “ADY Express”ə istinadən xəbər verir.
Məlumata görə, konfransda Azərbaycanın yerləşdiyi regionda gübrə və gübrə materiallarının ticarətinin, eləcə də logistikasının əsas istiqamətləri müzakirə ediləcək.
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb