Azərbaycanda nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin nağdsız qaydada həyata keçirilməsi üçün hazırlanmış "AzParking" mobil tətbiqini indiyə qədər 69 990 nəfər yükləyib.
"İki sahil" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, yeniliyin tətbiq olunduğu 3 həftə ərzində (7-27 avqust) 2 816 nəfər balansın artırılması əməliyyatı həyata keçirib.
Azərbaycanın kulinariya irsi 10-cu Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub
Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalanıb